Azərbaycan və Dağıstan turizm sahəsində əməkdaşlığı genişləndirəcəklər
Azərbaycan və
Dağıstan arasında turizm sahəsində əməkdaşlıq perspektivləri Azərbaycan
Respublikası Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev və Dağıstan
Respublikasının turizm və xalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın
görüşündə müzakirə edilib.
Görüşdə iki qurumun xətti ilə qonşu regionların turizm potensialının inkişaf
etdirilməsi, turizm sahəsinə sərmayələrin cəlbi, həmçinin beynəlxalq turizmin
inkişafı üçün şəraitin genişləndirilməsi məsələləri də müzakirə olunub.
Tərəflər birgə
yeni quru və dəniz turizm marşrutlarının yaradılmasını müzakirə ediblər.
Xatı2rladaq
ki, "Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il
tarixli 1179 nömrəli Fərmanına əsasən ölkənin beynəlxalq imicinin
formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi,
turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq
səviyyədə tanıdılmasını təmin etmək məqsədilə 6 Fevral 2017-ci il tarixdə
Mədəniyyət və Turizm Na2zirliyi yanında "Milli Turizm Təbliğat Bürosu” publik
hüquqi şəxs təsis edilib.