AZE | RUS | ENG |


Azərbaycan və Bolqarıstan prezidentlərinin görüşü olub

Azərbaycan və Bolqarıstan prezidentlərinin görüşü olub
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.
 
APA-nın xəbərinə görə, görüşdə ölkələrimiz arasında münasibətlərin siyasi, iqtisadi, humanitar, energetika sahələrində və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
 
Bolqarıstan prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN