• cümə axşamı, 18 aprel, 15:09
  • Baku Bakı 22°C

Azərbaycan və Bəhreyn arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb

24.09.17 10:20 925
Azərbaycan və Bəhreyn arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Bəhreyn Krallığının xarici işlər naziri şeyx Xalid bin Əhməd bin Məhəmməd Al Xəlifə ilə görüşüb.
XİN-nin mətbuat xidmətindənAZƏRTAC-a verilən məlumata görə, nazirlər ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, turizm və humanitar sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunduğunu qeyd edərək bu çərçivədə görülən tədbirlərdən danışıb.
Görüşdə turizm sahəsində əməkdaşlığın inkişafı, Bəhreyndən və Körfəz Əməkdaşlıq Şurası ölkələrindən Azərbaycana gələn turistlərin sayının əsaslı dərəcədə artması məmnuniyyətlə qeyd olunub.
Elmar Məmmədyarov həmkarına Ermənistanın Azərbaycana qarşı təcavüzü, Azərbaycan ərazilərini işğalı, işğal olunmuş ərazilərdə xalqımızın maddi-mədəni irsinin, o cümlədən İslam dininə aid abidələrin talan və məhv edilməsi və münaqişənin həlli ilə bağlı danışıqlar barədə məlumat verib.
Tərəflər, həmçinin BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyindəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
banner

Oxşar Xəbərlər