AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan və ABŞ ikitərəfli müdafiə məsləhətləşmələri keçirib

Azərbaycan və ABŞ ikitərəfli müdafiə məsləhətləşmələri keçirib

24 Mart 2016, 10:52 1567
Martın 23-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqton şəhərində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ABŞ-ın Müdafiə Departamenti arasında ikitərəfli müdafiə məsləhətləşmələri həyata keçirilib.

Azerbaycanın ABŞ-dakı Səfirliyindən Trend-ə verilən məlumata görə, məsləhətləşmələr zamanı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq kontekstində ikitərəfli hərbi əməkdaşlıq, NATO çərçivəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək planlar müzakirə edilib.

Azərbaycan tərəfindən Müdafiə və Xarici İşlər nazirliklərinin təmsilçilərindən ibarət nümayəndə heyətinə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov, ABŞ tərəfindən isə Müdafiə və Dövlət departamentləri, Birləşmiş Qərargah, Avropa Komandanlığı, Oklahoma Milli Qvardiyasının təmsilçilərindən ibarət nümayəndə heyətinə ABŞ Müdafiə katibinin köməkçisinin müavini Dr. Maykl Karpenter rəhbərlik etmişdir.

Tədbirdə həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov iştirak etmişlər.