• cümə, 29 Mart, 03:11
  • Baku Bakı 7°C

Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçirilib

17.08.17 23:57 1150
Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçirilib
Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa Komandanlığının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi feldşerləri ilə təcrübə mübadiləsi aparmaq məqsədilə ölkəmizdə səfərdə olub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, amerikalı qonaqlar azərbaycanlı həmkarları ilə hərbi tibb dəstəyinin göstərilməsi üzrə səhra təlimləri, təcili tibbi müdaxilə, döyüş travmasının qiymətləndirilməsi və təxliyəsi, davamlı hərbi tibbi müdaxilə, o cümlədən Kütləvi Qırğın Silahlarının istifadəsi zamanı insanların kütləvi təxliyəsi, yaralıların çeşidlənərək bir pillə yuxarı tibbi müdaxilə üçün təxliyə olunması və digər mövzularda müzakirələr aparıblar.
banner

Oxşar Xəbərlər