• cümə, 29 Mart, 09:34
  • Baku Bakı 5°C

Azərbaycan Ukraynadan süd məhsulları alır

26.06.17 15:20 1384
Azərbaycan Ukraynadan süd məhsulları alır
Ukraynanın "Süd alyansı" ("Молочный альянс") şirkətinin süd məhsulları Azərbaycan bazarına daxil olub. "Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, qida məhsulları Azərbaycanla yanaşı, Gürcüstanda da istehlakçılara təqdim edilib.
Şirkətin kommersiya direktoru Viktoriya Predborskaya bildirib ki, ilk dəfə tədarük olunan məhsullarını artıq hər iki ölkənin bazarında tapmaq mümkündür: "Hazırda illik müqavilə çərçivəsində növbəti tədarükün reallaşdırılmasına dair danışıqlar aparılır".
Qeyd edək ki, şirkət Azərbaycana ərgin və bərk pendir növləri, uşaqlar üçün süd, yağ, smetan, qatıq, yoqurt, habelə kərə yağından ibarət geniş çeşidə malik məhsullarını ixrac edib.
banner

Oxşar Xəbərlər