• cümə axşamı, 28 mart, 21:49
  • Baku Bakı 13°C

Azərbaycan-Ukrayna iqtisadi əlaqələri genişlənir

15.03.17 21:32 884
Azərbaycan-Ukrayna iqtisadi əlaqələri genişlənir
Ukrayna Prezidenti Petro Poroşenko bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, görüşdə Prezident Petro Poroşenko ilk növbədə Prezident İlham Əliyevə səmimi salamlarının, həmçinin onun adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olması münasibətilə Mehriban xanım Əliyevaya təbrikinin çatdırılmasını xahiş edib. Ukrayna Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlərini vurğulayıb, bu mühüm təyinatın Azərbaycanın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluğunu bildirən Prezident Poroşenko ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə önəm verdiyini və bu sahədə geniş imkanların olduğunu vurğulayıb.
Şahin Mustafayev səmimi qəbula görə təşəkkür edib və Prezident İlham Əliyevin salamlarını Ukrayna Prezidentinə çatdırıb.
Görüşdə ölkələrimizin BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyi, bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb.
Görüşdə Azərbaycan və Ukrayna arasında ticarət-iqtisadi sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunub, Ukrayna Prezidenti Azərbaycan məhsullarının Ukraynaya ixracı üçün hər cür şərait yaradıldığını, Kiyevdə Azərbaycan Ticarət Evinin açılması təşəbbüsünü dəstəklədiyini bildirib və region ölkələri ilə ticarətin genişləndirilməsi baxımından Azərbaycanda Ukrayna Ticarət Evinin yaradılması barədə müvafiq qurumlara tapşırıq verib.
banner

Oxşar Xəbərlər