Azərbaycan-Uels oyununa hakim təyinatları açıqlanıb

Azərbaycan-Uels oyununa hakim təyinatları açıqlanıb

İdman
14 Noyabr 2019, 14:15 497
Futbol üzrə "Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Uels oyununa hakim təyinatları açıqlanıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Deniz Aytekin olacaq. Ona Eduard Beitinqer və Rafael Foltyn kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Kristian Dingert yerinə yetirəcək.
Azərbaycan-Uels oyunu noyabrın 16-da "Bakcell Arena”da keçiriləcək.