• şənbə, 20 Aprel, 19:53
  • Baku Bakı 24°C

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

31.10.17 16:10 805
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası başa çatdıqdan sonra prezident İlham Əliyevin və prezidentRəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidentiİlham Əliyevvə Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının Protokolu”nu imzalayıblar.

"Azərbaycan RespublikasınınTəhsil Nazirliyiilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan təhsil naziriMikayıl Cabbarovvə Türkiyə Yüksək Təhsil Qurumunun rəhbəri Yekta Saraç imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan təhsil naziriMikayıl Cabbarovvə Türkiyə təhsil naziri İsmet Yılmaz imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu”nu Azərbaycan iqtisadiyyat naziriŞahin Mustafayevvə Türkiyə iqtisadiyyat naziri Nihat Zeybekci imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan müdafiə naziriZakir Həsənovvə Türkiyə milli müdafiə naziri Nurettin Canikli imzalayıblar.

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında yem bitkiləri toxumu istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan xarici işlər naziriElmar Məmmədyarovvə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıblar.
banner

Oxşar Xəbərlər