• cümə, 19 Aprel, 15:32
  • Baku Bakı 25°C

Azərbaycan-Türkiyə ortaq investisiyalı 4 müəssisə yaradır

23.02.21 18:15 899
Azərbaycan-Türkiyə ortaq investisiyalı 4 müəssisə yaradır
"Bu ilin fevralın 18-də Ankarada Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan biznes forumu keçirilib. Biznes forum çərçivəsində "Bakı Tekstil Fabriki” MMC ilə "Bakü Örme Kumaş Sanaye Ve Ticaret LTD” şirkəti, "Bakı Tekstil Fabriki” MMC-nin törəmə müəsisəsi olan "Beteks” şirkəti ilə Türkiyənin "Koçaklar Tekstil” müəssisəsi arasında müqavilə imzalanıb”.
Bunu"Report”a "Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva bildirib.
Onun sözlərə görə, həmin müqavilərə görə, Azərbaycanla Türkiyə arasında4müəssisə açılacaq: "Bu müəssisələrdə720-ə yaxın insan iş yerləri ilə təmin ediləcək. Müəssisələr Sumqayıt Kimya-Sənayə Parkında yaradılacaq. Layihələrin ümumi investisiya dəyəri15 milyonABŞdolları təşkil edir. Hər iki ölkənin şirkətləri investisiya qoyuluşunda bərabər paya sahibdirlər. Müəssisələrdən ikisi yaxın6 aydatikiləcək, digər2müəssisənin tikintisi isə növbəti ilə planlaşdırılır”.
Bununla yanaşı, Səkinə Babayeva forum çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri olaraq Türkiyənin Beynəlxalq Sərmayə və Biznes Konfederasiya ilə birgə sənəd imzaladı: "Bu, iki təşkilat arasında atılan ilk əməkdaşlıq addımıdır. Türkiyənin Beynəlxalq Sərmayə və Biznes Konfederasiyasının167ölkədə nümayəndələri var, konfederasiya xarici dövlətlərdə qadınlarımızın istehsal etdiyi məhsulların satışına dəstək olacaq”,-S.Babayeva əlavə edib.
Xatırladaq ki, Türkiyə-Azərbaycan binzes forumu çərçivəsində hökumət üzvləri və iş adamları arasında əməkdaşlığa dair11sənəd imzalanıb.2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşları11 milyardABŞ dolları, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə19,5 milyardABŞ dolları təşkil edib.
banner

Oxşar Xəbərlər