• cümə axşamı, 25 aprel, 08:46
  • Baku Bakı 14°C

Azərbaycan ötən il 13 min tona yaxın çay idxal edib

03.09.17 17:30 1326
Azərbaycan ötən il 13 min tona yaxın çay idxal edib
"2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edilib. Bu məqsədlər üçün ölkəmizdən 45 milyon dollar vəsait gedib. Eyni zamanda, keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib".
"Report" xəbər verir ki, bunu Prezidentİlham ƏliyevLənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.
"Yəni, biz görürük ki, burada tarazlıq bizim xeyrimizə deyil. Biz çayı ixrac edirik. Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda, ölkəmizdən bu qədər valyuta getməyəcək", - deyə dövlət başçısı bildirib.
banner

Oxşar Xəbərlər