• cümə, 29 Mart, 03:29
  • Baku Bakı 7°C

Azərbaycan taekvondoçusu Avropa Oyunlarında bürünc medal qazanıb

02.11.19 11:37 732
Azərbaycan taekvondoçusu Avropa Oyunlarında bürünc medal qazanıb
İtaliyanın Bari şəhərində taekvondo üzrə Avropa Oyunları start verilib.
APA-nın məlumatına görə, G4 kateqoriyalı yarışın ilk günündə Azərbaycan millisi medal hesabını açıb.
Yığmanın heyətində Qaşım Maqomedov fərqlənib. 58 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Qeyd edək ki, Avropa Oyunlarında qitənin 45 ölkəsindən 213 idmançı (114 kişi, 99 qadın) mübarizə aparır. Turnirin qalibi aktivinə 40, ikinci yerin sahibi 24,5, bürünc mükafatçı isə 17,5 xal əlavə edəcək. Azərbaycan millisi yarışa 6 idmançı ilə yollanıb.
banner

Oxşar Xəbərlər