• cümə axşamı, 25 aprel, 23:15
  • Baku Bakı 21°C

Azərbaycan taekvondoçuları Helsinqborqda 9 medal qazanıblar

23.02.20 12:00 1860
Azərbaycan taekvondoçuları Helsinqborqda 9 medal qazanıblar
İsveçdə taekvondo üzrə "HelsinqborqOpen" beynəlxalq turniri keçirilib.
Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, millimiz yarışı 6 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.
Taekvondoçularımızdan Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (53 kq) bütün rəqiblərə qalib gələrək, çempion tituluna yiyələniblər.
Yalnız finalda uduzan Fəridə Əzizova (67 kq) və Taleh Süleymanov (87 kq) ikinci yeri tutublar. Ramin Əzizov (87 kq) isə bürünc medalla kifayətlənib.
banner

Oxşar Xəbərlər