• cümə axşamı, 18 aprel, 17:56
  • Baku Bakı 22°C

Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam birləşmələrinin xüsusi təlimi keçirilib

15.06.17 16:45 815
Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam birləşmələrinin xüsusi təlimi keçirilib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Azərbaycan Silahlı Qüvvələri mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib.
Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.
banner

Oxşar Xəbərlər