• cümə, 29 Mart, 16:50
  • Baku Bakı 14°C

Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradına hazırlıq gedir

21.05.13 16:12 1892
Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradına hazırlıq gedir
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi münasibəti ilə Bakıda keçiriləcək hərbi parada hazırlıq davam edir.
Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, mayın əvvəllərindən etibarən Müdafiə Nazirliyinin ordu birləşmələri və hərbi təhsil müəssisələrində, ötən həftə sonundan isə digər hərbi qurumlarda paradda çıxış edəcək heyətin hazırlıqlarına start verilib.
Paradda ən çox şəxsi heyətlə Müdafiə Nazirliyi, sonrakı yerdə isə Dövlət Sərhəd Xidməti çıxış edəcək. Daxili Qoşunlar, Milli Qvardiya, Mülki Müdafiə Qoşunları isə paradda 100 nəfər heyətlə təmsil olunacaq. Paradda iştirak edəcək heyətin sayı və ardıcıllığı 2011-ci ildəki kimi olacaq.
Hazırlıq prosesi hazırda hər bir qoşun üçün ayrılıqda keçirilir. İyunun ortalarından etibarən paradda iştirak edəcək bütün heyətin birgə hazırlıqlarına başlanacaq. Parada çıxarılacaq hərbi texnikaların məşqlərinə isə iyunun əvvəllərində start veriləcək.
Bu ilki paradda əlavə olaraq, Azərbaycan Silahlı Qüvvələrinin son iki ildə sahib olduğu bir sıra yeni döyüş texnikalarının, hərbi helikopterlərin və pilotsuz uçuş aparatlarının da nümayişi gözlənilir.
banner

Oxşar Xəbərlər