• çərşənbə axşamı, 19 mart, 06:23
  • Baku Bakı 8°C

Azərbaycan Silahlı Qüvvələrində yeni birləşmələr yaradılır

24.11.17 12:50 2830
Azərbaycan Silahlı Qüvvələrində yeni birləşmələr yaradılır
Azərbaycan Silahlı Qüvvələrində yeni silahlı birləşmələryaradılır.
APA-nın məlumatına görə, bu, yenidən hazırlanan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 1.0.3 maddəsində əksini tapıb.
Maddədə bildirilir ki, "Azərbaycan Respublikasının başqa silahlı birləşmələri – Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları, yaxud onların strukturlarına daxil olan qurumlardır. Başqa silahlı birləşmələrə aid olan dövlət orqanlarının və ya onların strukturuna daxil olan qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir".
Qanun layihəsi dekabrın 1-dəMilli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər