• çərşənbə axşamı, 19 mart, 08:14
  • Baku Bakı 8°C

Azərbaycan şəhidlərinin qanı yerdə qalmayıb və onların qisası layiqincə alınır

14.07.20 09:07 475
Azərbaycan şəhidlərinin qanı yerdə qalmayıb və onların qisası layiqincə alınır
Allah şəhidlərimizə rəhmət eləsin! Yaralanan hərbi qulluqçularımızın şəfa tapmasını diləyirik.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Real TV”-ə açıqlamasında deyib.
H.Hacıyev bildirib ki, bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib və aidiyyatı dövlət qurumlarının qarşısında tapşırıqlar qoyulmuşdur. Bu hadisə baş verəndən dərhal sonra cənab Prezidentin tapşırığı əsasında Azərbaycan Respublikası tərəfindən hadisəyə dərhal siyasi hüquqi qiymət verilmiş və bu təcavüz aktı təxribat kimi qiymətləndirilmişdir və bunun da məsuliyyətinin Ermənistan Respublikasının üzərinə düşdüyü bildirilmişdir:
"Bu təxribatın Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilməsi açıq-aydındır, çünki onlar qəflətən, xaincəsinə, qorxaqcasına artileriyadan istifadə edərək Azərbaycan postuna hücum etmişlər və bundan əvvəl bir neçə gün ərzində də onların mövqeylərində canlanma hiss olunurdu. Bunun müqabilində dərhal Azərbaycan Silahlıq Qüvvələri tərəfindən əks həmlə tədbirləri görülüb, bu gün də həmin əks həmlə tədbirləri davam edir. Azərbaycan şəhidlərinin qanı yerdə qlamayıb və onların qisası layiqincə alınır. Onların müəyyən siyasi xarakterli niyyətləri var idisə, ona da nail ola bilmədilər.
Ümumiyyətlə Ermənistan niyə görə bu təxribatlara getdi?
Bildirmək istərdik ki, cənab Prezident də Təhlükəsizlik Şurasının iclasında geniş şəkildə aydınlıq gətirdi, qeyd etmək istərdik ki, Ermənistan tərəfi həyata keçirdiyi təcavüz və işğal siyasətindən qaçmaq istəyir, yeni münaqişə ocaqları yaratma və regionda gərginliyi artırmağa çalışır.
İkincisi, Ermənistanın özündə vəziyyət kifayət qədər gərgindir, sosial, iqtisadi və demoqrafik müstəvidə olan vəziyyətin daha da mürəkkəbləşməsi baş verir. Belə olan bir halda xarici düşmən obrazı yaratmaq və vəziyyəti gəginləşdirməklə ictimai fikri çaşdırmağa çalışırlar.
Həmçinin də onlar üzv olduqları müxtəlif siyasi təşkilatları prosesə cəlb etmək istəyirdilər".
H.Hacıyev qeyd edib ki, bütün bunların fonunda onlar bu təxribatı törətdilər və layiqli cavablarını aldılar. Azərbaycan Silahlı Qüvvələri bundan sonra yenə də həmin əməliyyat zonasında qarşı tərəfə laqyiqli cavablarını verməkdə davam edir.
banner

Oxşar Xəbərlər