• cümə, 29 Mart, 10:33
  • Baku Bakı 5°C

Azərbaycan səfiri “The New York Times”a cavab verdi

21.01.15 11:07 862
Azərbaycan səfiri “The New York Times”a cavab verdi
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “The New York Times” qəzetində Azərbaycanda insan haqlarının vəziyyətinə dair dərc edilmiş yazıya cavab verib.
APA-nın məlumatına görə, cavab yazısı qəzetin 20 yanvar tarixli buraxılışında dərc olunub.
Səfir bildirib ki, redaksiya yazısında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatına və mədəniyyətlərarası dialoqa töhfələri qeyd olunduğu halda, Avrasiyanın dəyişən reallıqları az nəzərə alınıb: “Amerikanın tərəfdaşları rəsmi Vaşinqtona sizin sitat gətirdiyiniz “WikiLeaks” saytının yazdıqları əsasında və ya ayrı-ayrı hadisələrin prizmasından yanaşsalar, necə olar? Bu halda söhbət qarşılıqlı ittihamlar səviyyəsinə qədər enəcək”.
E. Süleymanov ABŞ KİV-ində qəflətən artan anti-Azərbaycan təbliğatına diqqət çəkib: “Bunun əvəzində diqqəti daha pozitiv gündəmə, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunmasının qurbanına çevrilmiş yüz minlərlə məcburi köçkününün humanitar ehtiyaclarının həlli kimi real problemlərin üzərində cəmləşdirmək daha konstruktiv yanaşma olardı. Bu, Amerikanın maraqlarına və dəyərlərinə daha çox uyğundur”.
banner

Oxşar Xəbərlər