• cümə axşamı, 25 aprel, 05:58
  • Baku Bakı 19°C

Azərbaycan - San Marino oyununun keçiriləcəyi yer dəyişdi

18.08.17 20:50 1454
Azərbaycan - San Marino oyununun keçiriləcəyi yer dəyişdi
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bakıda keçiriləcək Azərbaycan - San Marino oyununun stadionu dəyişdirilib.
Kaspi.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşmanın əvvəlcə Bakı Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. Federasiya 8-ci km stadionunda Avropa Liqası turnirinin qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, 4-cü İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya stadionunda Azərbaycan milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq, qarşılaşmanın 8-ci km stadionunda təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib və müsbət cavab alıb.
Azərbaycan - San Mariono oyunu üçün Bakı Olimpiya stadionuna bilet almış şəxslər 28 Mall alış-veriş mərkəzindəki bilet satışı məntəqəsində biletlərini dəyişə bilərlər.
banner

Oxşar Xəbərlər