Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis edilib
Ölkədə fəaliyyət göstərən qadın
sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan Sahibkar Qadınlar
Assosiasiyası təsis olunub.
Ölkədə fəaliyyət göstərən qadın
sahibkarların təşəbbüsü, İqtisadiyyat Nazirliyinin və Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası təsis olunub.
Bununla bağlı oktyabrın 26-da Bakı
Biznes Mərkəzində keçirilən tədbirdə rəsmi şəxslər, qadın sahibkarlar iştirak
edib.
Tədbirdə iqtisadiyyat
nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının Azərbaycan
Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi
siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb və sahibkarlığın
inkişafında qadın sahibkarların rolunun vacibliyini qeyd edib. Dövlət
başçısının iqtisadi islahatlar paketi çərçivəsində həyata keçirilən tədbirlər
barədə məlumat verən Sahib Məmmədov sahibkarlıq subyektlərində aparılan
yoxlamaların dayandırılmasının, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsinin,
sahibkarların şikayətlərinə baxılması sahəsində apellyasiya şuralarının
yaradılmasının, investisiyaların və ixracın təşviqi mexanizmlərinin tətbiqinin
və digər dövlət dəstəyi tədbirlərinin özəl sektorun inkişafında xüsusi rolunu
diqqətə çatdırıb. Bildirilib ki, dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq
edilmiş kiçik və orta sahibkarlıq üzrə Strateji Yol Xəritəsinin icrası çərçivəsində
yaradılan assosiasiya qadın sahibkarlığının inkişafında, qadın
sahibkarların fəaliyyətinin əlaqələndirilməsində və əməkdaşlığının genişləndirilməsində
mühüm rol oynayacaq, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ölkənin
ixrac imkanlarının genişləndirilməsi, qadınların sahibkarlıq sahəsində fəallığının
artırılması baxımından əhəmiyyətli olacaq. İqtisadiyyat Nazirliyi tərəfindən
assosiasiyanın fəaliyyətinin təşkilinə lazımi dəstək göstəriləcəkdir.
Sonra Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova
çıxış edərək qadınların məşğulluğunun artırılmasında sahibkarlığın rolunu
vurğulayıb, qadın sahibkarlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev son illər
qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın
inkişafı istiqamətində genişmiqyaslı tədbirlərin, qabaqcıl beynəlxalq təcrübəyə
uyğun müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib, Konfederasiyanın
yeni yaradılan assosiasiya ilə yaxından əməkdaşlıq edəcəyini vurğulayıb.
"Bakı Tekstil Fabriki” MMC-nin sədri Səkinə
Babayeva qadın sahibkarlığının inkişafı ilə bağlı görülən tədbirlər haqqında məlumat
verib və bu sahənin inkişafı istiqamətində təkliflərini səsləndirib.
Sonda tədbir iştirakçılarının təklifi
əsasında assosiasiyanın təsis olunması məsələsi səsə qoyulub və yekdilliklə qəbul
edilib. İclasda təşkilati məsələlər barədə müzakirələr aparılıb, idarə heyətinin
və nəzarət-təftiş komissiyasının üzvləri seçilib."Bakı Tekstil Fabriki” MMC-nin sədri Səkinə
Babayeva Azərbaycan Sahibkar Qadınlar
Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.
Tədbirdə qadın sahibkarlığının inkişaf etdirilməsi ilə
bağlı müzakirələr aparılıb.