AZE | RUS | ENG |

Azərbaycan Rusiya və Türkiyə arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir

Azərbaycan Rusiya və Türkiyə arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir
Bakı Azərbaycanın strateji tərəfdaşları olan Rusiya və Türkiyə arasında dostluq münasibətlərini dəstəkləyir.
Trend-in məlumatına görə, buni Milli Məclisin deputatı Rasim Musabəyov Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilən "Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan, eyni zamanda Bakı-Moskva-Ankara müstəvisində üçtərəfli əməkdaşlıq formatını tam şəkildə dəstəkləyir:
"Eyni zamanda, regionda kiçik ölkələr da var ki, məsələn, Ermənistan - böyük dövlətlərin rəqabətindən faydalanmağa çalışır”.
Deputat bildirib ki, üç regional dövlət arasında əməkdaşlığın güclənməsi onların hər biri üçün faydalıdır, bu əməkdaşlıq regionun sabitliyin və enerji təhlükəsizliyinin qorunmasına yönəlib:
"Hər üç dövlət regionun siyasi sabitliyinin möhkəmlənməsi və iqtisadi inkişafı üçün səy göstərir. Bu, üçtərəfli əsasda münasibətlərin özülünün möhkəmləndirilməsi üçün əsas amildir”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8752
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1433
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1733
CHF 1 1 İsveçrə frankı 1.7072
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2883