• cümə, 19 Aprel, 11:47
  • Baku Bakı 13°C

Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayacaq

25.11.20 16:28 443
Azərbaycan Rusiya və Almaniyaya tibbi maska satışına başlayacaq
Sumqayıt Kimya-Sənaye Parkında yerləşən "Bakı Tekstil Fabriki” MMC dekabr ayında Rusiya və Almaniyaya tibbi maskaların ixracına başlamağı planlaşdırır.
Bunu Trend-ə müəssisənin direktoru Səkinə Babayeva deyib.
Onun sözlərinə görə, fabrik tibbi maskaların gigiyenikliyi və tam sterilliyini təsdiq edən sertifikatın alınması üçün müraciət edib:
"İki həftə ərzində İsveçrədən beynəlxalq sertifikat alacağıq və bundan sonra ixraca başlayacağıq. Sertifikat alındıqdan sonra biz Latviya və Moldova ilə də danışıqlara başlamağı planlaşdırırıq”.
S.Babayeva əlavə edib ki, müəssisədə istehsal olunan maskaların qiyməti 12-17 qəpik təşkil edir.
banner

Oxşar Xəbərlər