Azərbaycan- Rusiya münasibətləri dünyanın diqqət mərkəzindədir

Azərbaycan- Rusiya münasibətləri dünyanın diqqət mərkəzindədir

Cəmiyyət
08 Oktyabr 2019, 15:15 284
"Azərbaycan Prezidenti İlham Əliyevin " Valday” Beynəlxalq Diskusiya Klubunun plenar sessiyasında çıxışı zamanı Azərbaycanla Rusiya arasında iqtisadi və mədəni əlaqələrin inkişafının artım templə getdiyini vurğuladı”.
 
Bu fikirləri Kaspi.az-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirdi.
 
Onun sözlərinə görə, ölkəmizin Rusiya ilə böyük sərhədi olması ilə bərabər, həm də strateji əməkdaşlığımız mövcuddur. Azərbaycan Rusiya ilə tarixi əməkdaşlıq etdiyi ölkələrdən biridir. Tarixən yaranan əməkdaşlıq iqtisadi, siyasi, mədəni əlaqələrimizi daha da inkişaf etdirərək iki ölkə arasında münasibətlər daha da möhkəmlənir. Ölkələrimiz arasındakı qarşılıqlı münasibətlər sərmayə qoyuluşuna imkan yaradır. İqtisadi münasibətlər elə səviyyədə inkişaf edib ki, Rusiyanın böyük şirkətləri Azərbaycana 4 milyarddan artıq investisiya qoyublar. Bu investisiyalar əsasən kənd təsərrüfatı, turizm, energetika sahələrinin inkişafına daha çox istiqamətləndirilib. Ölkəmiz ən çox istehlak mallarını Rusiyada idxal edir. Bu gün isə Azərbaycan özü ixracatçı ölkəyə çevrilib. Avrasiya - Avropa nəqliyyat dəhlizinin işini sürətləndirmək məqsədilə Azərbaycan- Rusiya sərhədindəki Samux körpüsü yenidən qurulur və bu iqtisadiyyatın inkişafına böyük təkan verəcək. İki ölkə başçıları arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olması ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir”. E.Səlimov qeyd etdi ki, Prezident İlham Əliyevin "Valday” klubundakı nitqi istər orda iştirak edən ölkə nümayəndələrinin, istərsə də beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməklə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılacaq addımlara nöqtəsini qoydu.