• şənbə, 20 Aprel, 07:54
  • Baku Bakı 14°C

“Azərbaycan rəhbərliyinin Aİ ilə birgə işləmək istəyi məni cəsarətləndirib”

19.03.21 20:30 855
“Azərbaycan rəhbərliyinin Aİ ilə birgə işləmək istəyi məni cəsarətləndirib”
"Azərbaycan və Ermənistan rəhbərliklərinin Avropa İttifaqı (Aİ) ilə birgə işləmək istəkləri məni cəsarətləndirib”.
APA-nın xəbərinə görə, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter”də bildirib.
"Son bir neçə həftə ərzində Ermənistan və Azərbaycanda keçirilən növbəti yüksək səviyyəli məsləhətləşmələrdən sonra Brüsselə qayıtdım. Bu ölkələrin rəhbərliklərinin 2020-ci ildəki genişmiqyaslı hərbi əməliyyatlardan sonra meydana çıxan çoxsaylı problemləri həll etmək üçün Aİ ilə birlikdə işləmək istəklərini eşitmək məni cəsarətləndirib”, - deyə diplomat vurğulayıb.
T. Klaar qeyd edib ki, humanitar səyləri və 90-cı illər də daxil olmaqla, indiyədək itkin düşənlərin meyitlərinin tapılması ilə bağlı həlledici işlərin davam etdirilməsi, mövcud ehtiyaclarla bağlı əməkdaşlıq, həmçinin minaların təsirinin aradan qaldırılması kimi etimad tədbirlərinin davam etdirilməsi vacibdir: "Həmçinin mənfi ictimai ritorikanı dayandırmaq vacibdir. Mövcud problemlər kontekstində Aİ-nin həm Ermənistana, həm də Azərbaycana kömək etmək üçün ən faydalı məsləhətləşmələr aparması üçün tezliklə regiona qayıtmağı planlaşdırırıq”.
banner

Oxşar Xəbərlər