AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan regionda investisiya cəlbediciliyinə görə ikinci olub

Azərbaycan regionda investisiya cəlbediciliyinə görə ikinci olub

İqtisadiyyat
03 İyun 2020, 12:52 183
"Avrasiya İnkişafı" Ekspert Mərkəzinin (ECED) son araşdırmasına əsasən, 2020-ci ildə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda investisiya cəlbediciliyi göstəricisinə görə Azərbaycan ikinci pillədə qərarlaşıb.
"APA-Economics"in ECED-ə istinadən verdiyi məlumata görə, Mərkəz Azərbaycanın iqtisadi uğurunu və investisiyalar üçün əlverişli mühitinin olmasını, ölkənin, ilk növbədə, böyük neft ixracı ilə əlaqələndirir. Bundan əlavə, yüksək resurs potensialı və siyasi sabitlik də bu göstəricinin yüksək olmasında rol oynayır.
Regionda bu il investisiyalar üçün ən cəlbedici ölkə Qazaxıstandır. Lakin ECED-in Qazaxıstanı investisiya cəlbediciliyinə görə regionda lider ölkə kimi görməsinə baxmayaraq, Mərkəz elektrik enerjisinin tranzitinin yaratdığı qeyri-müəyyənliklər və kifayət qədər güclü iqtisadi drayverlərin olmaması, eləcə də islahatların təxirə salınması səbəbindən ölkə üzrə proqnozunu mənfi olacağını istisna etmir.
Siyahıda üçüncü və dördüncü sıralarda Özbəkistan və Gürcüstan qərarlaşıb.
Mərkəz vurğulayır ki, Gürcüstan əsasən Beynəlxalq Valyuta Fondu və Avropa İttifaqının kreditləri hesabına inkişaf edir və Avropaya inteqrasiya istəyi demokratikləşməyə kömək etsə də, aşağı resurs potensialı və siyasi qeyri-sabitlik davam edir.