Azərbaycan Qılıncoynatma Federasiyası üzvlərinin Ümumi yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilib
Azərbaycan Qılıncoynatma Federasiyasının Ümumi yığıncağı keçirilib.
Federasiya prezidenti Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən tədbirdə gündəlikdə
duran əsas məsələlər Azərbaycanda qılıncoynatmanın inkişafında gələcək fəaliyyət
planı olub.
Bildirilib
ki, bu idman növünün inkişaf etdirilməsi üçün bir sıra addımlar atılıb. Ötən həftə
Azərbaycan Texniki Universitetin idman sarayında yeni qılıncoynatma zalı
idmançıların istifadəsinə verilib.
Yığıncaqda
idman məktəblərində qılıncoynatma idman növünün yeni bölməsinin açılması, ümumtəhsil
məktəblərində dərsdənkənar vaxtlarda qılıncoynatma
qruplarının təşkilinə dair şəraitin yaradılması, yığma komandanın və kütləvi
idman üçün müvafiq ləvazimatların sifariş olunması və digər məsələlər müzakirə
olunub.
Daha
sonra federasiyanın yeni vitse-prezidentlərinin və baş katibinin seçkisi
keçirilib.
Fikrət
Zeynalov, Fərhad Kasimov vitse-prezident, Vasif Məmmədov baş katib təyin
olunublar.
Eyni
zamanda Federasiyanın İcraiyyə Komitəsinin yeni tərkibi yığıncaq tərəfindən təsdiq
olunub. Mikayıl Cabbarov, Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov, Sadiq
Sadiqov, Yusif Hüseynov və Balaş Qasımov Komitənin tərkibində yer alıb.
Noyabrın
21-də Azərbaycan Qılıncoynatma Federasiyasının İcraiyyə Komitəsinin iclası
keçirilib. Komitənin qərarı ilə Çingiz Mustafayev Baş məşqçi təyin edilib.