• cümə, 19 Aprel, 07:03
  • Baku Bakı 13°C

Azərbaycan QHT-lərinin yardım kampaniyası Rusiya mediasında

29.04.20 15:45 540
Azərbaycan QHT-lərinin yardım kampaniyası Rusiya mediasında
Dünya dövlətlərinin koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə apardığı hazırkı dövrdə Azərbaycan bu qlobal təhlükədən maksimum az itkiylə çıxmaq üçün atdığı çevik və qətiyyətli qərarları ilə seçilir. Eyni zamanda ölkəmizin vətəndaş cəmiyyəti institutları, xüsusi ilə QHT-lər COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsindəki dövlət siyasətinə yaxından dəstək verərək vətəndaşların maarifləndirilməsində və onlara müxtəlif cür yardımların göstərilməsində fəal iştirak edirlər. Koronavirusa qarşı mübarizə sahəsində ölkəiçi fəaliyyətlərlə yanaşı həmçinin, müxtəlif formatlı beynəlxalq həmrəylik aksiyaları da keçirilir. Rusiyanın məşhur "Rus Velikaya" Beynəlxalq Fondu da böyük kollektivlə vətəndaşlara immuniteti gücləndirən məhsullar paylayır. Kampaniyanın məqsədi xüsusilə yaşı 65-dən çox olan insanları evlərində vitaminlərlə zəngin məhsullarla təmin etməkdir. Rusiyanın 9 şəhərində həyata keçirilən xeyriyyə aksiyasına müxtəlif ölkələrin QHT-ləri də dəstək verir. İndi isə estafeti Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının koordinatorluğu ilə Azərbaycan götürüb. Bu xeyriyyə kampaniyası çərçivəsində Azərbaycan QHT-ləri ölkənin müxtəlif ərazilərində ehtiyaclı yaşlı insanlara ərzaq yardımları göstərir.
Hazırda bu kampaniyada ölkənin 22 QHT-si iştirak etsə də ona qoşulanların sayı artmaqdadır.
Qeyd edək ki, xeyriyyə kampaniyasının estafetini Azərbaycanın götürməsi xəbərini Rusiyanın bir çox tanınmış media orqanı işıqlandırıb. Rusiyanın müxtəlif tanınmış saytlarında (https://russia24.pro/moscow/242521477/; https://pikabu.ru/story/yestafeta_immuniteta_7405490; https://m.ru24.net/moscow/242521477/ və s.) Azərbaycan QHT-lərinin keçirdiyi yardım kampaniyası haqqında məlumat yayımlanıb.
Xatırladaq ki, "Rus Velikaya" Beynəlxalq Fondu 2019 -cu ildə yaradılıb. Rusiyanın mötəbər və tanınmış ictimai xadimlərinin üzv olduğu təşkilatın beynəlxalq əlaqələr üzrə vitse-prezidenti həmyerlimiz Səadət Qarayevadır.
banner

Oxşar Xəbərlər