• cümə, 19 Aprel, 07:48
  • Baku Bakı 13°C

Azərbaycan Qarabağ münaqişəsi ilə əlaqədar BMT baş katibinə məktub ünvanlayıb

01.11.17 17:48 1267
Azərbaycan Qarabağ münaqişəsi ilə əlaqədar BMT baş katibinə məktub ünvanlayıb
AzərbaycanınBMTyanındakı Daimi Nümayəndəliyi tərəfindənBMTbaş katibinə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məktub ünvanlanıb.

XİN-in mətbuat xidmətindənAPA-ya verilən məlumata görə,BMTBaş Assambleyasının 72-ci sessiyasının "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”, "GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri”, "Milli və beynəlxalq səviyyədə qanunun aliliyi” və digər gündəlik mövzularına uyğun olaraq ünvanlanan məktubda Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələri, Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti, münaqişə ilə əlaqədarBMTTəhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar, münaqişənin humanitar və başqa aspektləri, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllər və buna görə üçüncü tərəflərin məsuliyyəti və digər məsələlər müfəssəl şəkildə fundamental faktlarla izah olunub və bu xüsusda, Ermənistanın iddialarının əsassızlığı bir daha ifşa edilib.


MəktubBMTBaş Assambleyası və Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.
banner

Oxşar Xəbərlər