Azərbaycan qalibdir və qoy bu, Ermənistana dərs olsun - Çavuşoğlu
Öz ərazilərini erməni işğalından azad edən Azərbaycan qalibdir və qoy bu, Ermənistana dərs olsun.
"Öz əməllərinin bədəlini ödəmək vaxtı gəldi və Ermənistan bunun bədəlini ödədi".
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, hər kəsə məlum olduğu kimi müharibəni Ermənistan başlayıb:"Öz əməllərinin bədəlini ödəmək vaxtı gəldi və Ermənistan bunun bədəlini ödədi".