• cümə axşamı, 25 aprel, 05:47
  • Baku Bakı 19°C

Azərbaycan Prezidentinin tapşırığına əsasən Şuşada bərpa və yenidənqurma tədbirləri davam etdirilir

03.04.21 15:30 1238
Azərbaycan Prezidentinin tapşırığına əsasən Şuşada bərpa və yenidənqurma tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri davam etdirilir.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən bildirilib.
Hazırda şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa və yenidənqurma işlərinin layihələndirilməsi üzərində iş aparılır. Həmçinin şəhərdə yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binaların sökülməsi də həyata keçirilir.
banner

Oxşar Xəbərlər