• cümə, 19 Aprel, 22:29
  • Baku Bakı 24°C

Azərbaycan prezidentinin köməkçisi: "AŞPA kimə və nəyə lazımdır?"

12.10.17 11:20 1711
Azərbaycan prezidentinin köməkçisi: "AŞPA kimə və nəyə lazımdır?"
"Uzun müddətdir ki,AŞPAbir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiriNovruz Məmmədov"Twitter”də yazıb.
N. Məmmədovun fikrincə, belə təəssürat yaranır kiAŞPAAvropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmət nümayiş etdirmək üçün çalışır: "AŞPA-da oturanların bəziləri özlərini az qalsın inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər. MəgərAŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? ƏgərAŞPAhesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?..”
banner

Oxşar Xəbərlər