• cümə axşamı, 25 aprel, 08:12
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti: "Yeni silahların alınmasına dair Moskva ilə danışıqlar aparırıq”

19.01.17 15:20 1094
Azərbaycan prezidenti: "Yeni silahların alınmasına dair Moskva ilə danışıqlar aparırıq”
"Biz yeni silahların alınması ilə bağlı Moskva ilə danışıqlar aparırıq”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidentiİlham ƏliyevDavosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində RİA "Novosti"-yə müsahibəsində deyib.
Dövlət başçısı Rusiyanın hərbi sənayesinin yüksək səviyyədə inkişaf etdiyini bildirib: "Biz xüsusilə ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bunlara helikopterlər, müdafiə sistemləri-bütün kompleks daxildir. Bu daimi prosesdir”.
Azərbaycan prezidenti bildirib ki, Rusiya ilə Azərbaycan arasında müdafiə sahəsində yeni müqavilələrin imzalanması üçün yaxşı perspektivlər var: "Siz tarixi bilirsiniz. Rəqəmlər elan olunub. 5 milyard dollarlıqmüqavilələr imzalanıb. Onların əksəriyyəti artıq reallaşıb”.
banner

Oxşar Xəbərlər