• cümə axşamı, 28 mart, 17:03
  • Baku Bakı 16°C

Azərbaycan prezidenti vyetnamlı həmkarını təbrik edib

01.09.17 17:00 1059
Azərbaycan prezidenti vyetnamlı həmkarını təbrik edib
Prezidentİlham ƏliyevVyetnam Sosialist Respublikasının prezidenti Çan Day Kuanqa məktub göndərib.
APA-nın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab prezident, Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Azərbaycan-Vyetnam münasibətləri xoş ənənələrə əsaslanır. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlığın daha da möhkəmlənməsi və inkişafı yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına sülh və rifah diləyirəm".
banner

Oxşar Xəbərlər