• cümə, 19 Aprel, 17:26
  • Baku Bakı 25°C

Azərbaycan prezidenti Ukrayna baş nazirinin birinci müavinini qəbul edib

19.10.17 11:40 3233
Azərbaycan prezidenti Ukrayna baş nazirinin birinci müavinini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevUkrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Stepan Kubiv Ukrayna prezidenti Petro Poroşenkonun salamlarını Azərbaycan prezidentinə çatdırıb.
Görüşdə Azərbaycanla Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezidentİlham ƏliyevUkrayna prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ukrayna prezidentinə çatdırmağı xahiş edib.
banner

Oxşar Xəbərlər