• çərşənbə axşamı, 16 aprel, 14:53
  • Baku Bakı 19°C

Azərbaycan prezidenti Sumqayıt Kimya Sənaye Parkında olub- Fotolar

15.12.17 11:55 2002
Azərbaycan prezidenti Sumqayıt Kimya Sənaye Parkında olub- Fotolar
Azərbaycan prezidentiİlham ƏliyevSumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.
APA-nın məlumatına görə, iqtisadiyyat naziriŞahin Mustafayevdövlət başçısına burada görülən işlərlə bağlı məlumat verib.
Sonra prezidentİlham Əliyevparkın ərazisində "AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoyub.
Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının ərazisində "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin də təməlini qoyub.
Sonra prezidentİlham ƏliyevSumqayıt Kimya Sənaye Parkında "Gilan Sənaye Qrupu”na daxil olan "Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak edib.
Dövlət başçısı müəssisəni işə salıb.
Sonra prezidentİlham Əliyevparkın ərazisində "STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.













banner

Oxşar Xəbərlər