• cümə, 19 Aprel, 02:23
  • Baku Bakı 18°C

Azərbaycan prezidenti: “Siyasətimiz ondan ibarətdir ki, müsəlman ölkələri arasında ixtilaflara, müharibələrə son qoyulsun”

23.05.17 16:10 1301
Azərbaycan prezidenti: “Siyasətimiz ondan ibarətdir ki, müsəlman ölkələri arasında ixtilaflara, müharibələrə son qoyulsun”
"Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi. Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentiİlham Əliyev"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş ölkə idmançıları, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı qeyd edib ki, müsəlman aləmi birlik nümayiş etdirməlidir: "Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahat və firavan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq”.
banner

Oxşar Xəbərlər