• cümə, 29 Mart, 09:52
  • Baku Bakı 5°C

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb

18.01.17 13:40 882
Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb
Azərbaycan prezidentiİlham ƏliyevDavosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb.
APA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən nazir Xalid Al Falih gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən uğurlu islahatların əhəmiyyətini qeyd edib.
Prezidentİlham Əliyevisə Səudiyyə Ərəbistanına səfərini məmnunluqla xatırlayıb, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin olduğunu deyib.
Söhbət zamanı Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana investisiyaların yatırılması, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi ilə AzərbaycanınEnergetika Nazirliyiarasında əməkdaşlıq, "Saudi Aramco” şirkəti ilə SOCAR-ın həm regionda, həm də digər ölkələrdə birgə layihələr həyata keçirmələri və digər məsələlər müzakirə edilib.
banner

Oxşar Xəbərlər