• şənbə, 20 Aprel, 06:00
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti Qətərin ali təhsil nazirini qəbul edib

20.02.17 12:00 895
Azərbaycan prezidenti Qətərin ali təhsil nazirini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevQətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib.

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Qətər arasında çox yaxın tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib, bu əlaqələrin mümkün qədər çox sahələri əhatə etməsinin vacibliyini qeyd edib.

Prezidentİlham Əliyevbu yaxınlarda Qətər Dövlətinin xarici işlər nazirini qəbul etməsinin, özünün Qətərə planlaşdırılmış səfərinin və Qətər Dövlətinin təhsil və ali təhsil nazirinin Bakıya gəlməsinin əhəmiyyətini qeyd edərək, qarşılıqlı səfərlərin ölkələrimiz arasında mövcud tərəfdaşlıq əlaqələrinin yaxşı göstəricisi olduğunu vurğulayıb.

Təhsilin gələcək nəsillər, eyni zamanda, ölkələrimizin inkişafında vacib rol oynadığını deyən prezidentİlham Əliyevbu sahənin həm Azərbaycanda, həm də Qətərdə inkişafın əsas prioritetlərindən biri hesab olunduğunu deyib. Təhsil sahəsində tərəfdaşlığın praktiki aspektlərinin araşdırılmasının vacibliyindən danışan dövlət başçısı bunun nəticəsində uzunmüddətli əməkdaşlıq proqramının qurulacağına əminliyini ifadə edib.

Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Taninin ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan-Qətər Birgə İqtisadi, Ticarət və Texniki Komissiyasının yaradılmasının qərara alındığını deyən prezidentİlham Əliyevbu komissiyanın işi çərçivəsində nəinki iqtisadi, həmçinin əməkdaşlığımızın bütün sahələrini əhatə edəcək müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.

Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi isə prezident İlham Əliyevin Qətərə səfərini səbirsizliklə gözlədiklərini bildirib. Ölkələrimizin müvafiq qurumları arasında artıq görüşlər təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını qeyd edən qonaq Azərbaycan ilə Qətər Dövləti arasında təhsil sahəsində möhkəm əməkdaşlıq əlaqələrinin qurulacağına ümidvar olduğunu bildirib. Hər iki ölkənin yüksək inkişaf yolunda olduğunu deyən Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ölkəsində Qətər Dövlətinin əmirinin rəhbərliyi ilə nəhəng layihələrin həyata keçirildiyini qeyd edib, eyni zamanda, Azərbaycanın çox gözəl ölkə olduğunu və prezident İlham Əliyevin səyləri nəticəsində böyük nailiyyətlər əldə edildiyini vurğulayıb.
banner

Oxşar Xəbərlər