• çərşənbə, 24 Aprel, 22:19
  • Baku Bakı 23°C

Prezident İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət edib - Yenilənib

23.11.17 18:31 3500
Prezident İlham Əliyev NATO baş katibini Azərbaycana dəvət edib - Yenilənib
Belçika Krallığında işgüzar səfərdə olan prezidentiİlham Əliyevnoyabrın 23-dəNATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.

APA-nın məlumatına görə, dövlət başçısı İlham ƏliyeviNATO-nun baş katibi Yens Stoltenberq qarşılayıb.

Rəsmi foto çəkdirilib.

Sonra Azərbaycan prezidenti iləNATObaş katibinin görüşü olub.

Görüşdə AzərbaycanlaNATOarasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Yens Stoltenberq ölkəmizin qurumun Kosovo və Əfqanıstandakı sülhməramlı missiyalardakı iştirakını yüksək qiymətləndirib.NATO-nun baş katibi Azərbaycanın Əfqanıstana verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, Azərbaycanın Əfqanıstana yardımı genişləndirmək planı bu ölkənin iqtisadi inkişafına töhfəsini verə bilər.

Prezidentİlham ƏliyevNATOilə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirib. Vurğulayıb ki, Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda və bu ölkənin iqtisadiyyatının yenidən qurulmasında fəal iştirak edir.

Söhbət zamanı Azərbaycanın Ceyrançöl ərazisindəNATO-nun minatəmizləmə əməliyyatlarına verdiyi dəstəkdən məmnunluq ifadə olunub. Əfqanıstana daşınan yüklər baxımından Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti vurğulanıb.

Görüşdə qeyd edilib ki, AzərbaycanlaAvropa İttifaqıarasında uğurlu əməkdaşlıq həyata keçirilir.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb, danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verilib.

Regional məsələlərin də müzakirə olunduğu görüşdə prezidentİlham ƏliyevNATObaş katibini Azərbaycana dəvət edib.NATO-nun baş katibi dəvəti qəbul edib.







banner

Oxşar Xəbərlər