• cümə, 29 Mart, 15:11
  • Baku Bakı 14°C

Azərbaycan prezidenti Münhendə Türkiyənin baş naziri ilə görüşüb

18.02.17 13:45 837
Azərbaycan prezidenti Münhendə Türkiyənin baş naziri ilə görüşüb
Fevralın 18-də Münhendə Azərbaycan prezidentiİlham Əliyevilə Türkiyənin baş naziri Binəli Yıldırımın görüşü olub.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Görüşdə ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi və bunun məmnunluq doğurduğu bildirilib. Azərbaycanla TürkiyəninBakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi,TANAPvə digər böyük layihələri uğurla həyata keçirdiyi, bu sahədə əməkdaşlığın davam etdirildiyi qeyd olunub.

Baş naziri Binəli Yıldırım ölkəsində gedən proseslər və referenduma hazırlıqdan danışıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər