• cümə, 29 Mart, 01:24
  • Baku Bakı 7°C

Azərbaycan prezidenti İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşüb

23.02.17 12:50 705
Azərbaycan prezidenti İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyevin İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşü olub.

APA-nın məlumatına görə, prezidentİlham Əliyevİtaliyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında fəal iştirakının əhəmiyyətinə toxunub.

Dövlət başçısı bildirib ki, bu, müxtəlif sahələrdə sürətlə inkişaf edən əməkdaşlığımızın daha bir göstəricisi olmaqla yanaşı, "Cənub Qaz Dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi baxımından da çox əhəmiyyətlidir. Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığa dair Bəyannamənin qəbul edildiyini deyən prezidentİlham Əliyevdiqqətə çatdırıb ki, hazırda siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ən yüksək səviyyədədir və ölkələrimiz arasında əlaqələrin inkişafı şaxələndirilir.

Karlo Kalenda isə ölkəsi üçün önəmli olan TAP layihəsinin həyata keçirilməsinə görə İtaliya hökuməti adından dövlət başçısına minnətdarlığını çatdırıb. O, bu mühüm tədbirdə İtaliyanın bir sıra şirkətlərinin nümayəndələrinin də iştirak etdiklərini vurğulayıb, ölkələrimiz arasında müxtəlif sahələrdə əhəmiyyətli layihələrin icra edildiyini bildirib.

Qonaq İtaliyanın baş naziri Paolo Centiloninin ötən ilin sonunda xarici işlər və beynəlxalq əməkdaşlıq naziri kimi Azərbaycana səfərini xatırlayıb.

Söhbət zamanı ölkələrimiz arasında energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, İtaliya Azərbaycandan böyük həcmdə neft və enerji məhsulları idxal edir.

Diqqətə çatdırılıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidentiİlham Əliyevilə İtaliyanın "Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti arasında keçirilən görüşün nəticəsi olaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı zamanı SOCAR ilə həmin şirkət arasında əməkdaşlığa dair memorandum imzalanacaq.
banner

Oxşar Xəbərlər