• cümə, 29 Mart, 02:24
  • Baku Bakı 7°C

Azərbaycan Prezidenti: “İndiyədək düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb”

20.10.20 16:42 475
Azərbaycan Prezidenti: “İndiyədək düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb”

"İndiyədək düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.
Dövlət başçısı deyib ki, toplam 280 tankdır, amma yenə də hələ ki, tanklar var: "Həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində... Hardandır bunlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir yetirmir? Bax, biz deyirik 241 tank məhv edilib. Onların sonra nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə, onların öz tankları ilə atəş açırlar”.
banner

Oxşar Xəbərlər