• cümə, 29 Mart, 14:24
  • Baku Bakı 14°C

Azərbaycan Prezidenti İlham Əliyevin Qələbənin əldə olunmasında həlledici rolu danılmazdır - Rusiyalı politoloq

23.12.20 18:45 379
Azərbaycan Prezidenti İlham Əliyevin Qələbənin əldə olunmasında həlledici rolu danılmazdır - Rusiyalı politoloq
Azərbaycan Prezidenti İlham Əliyevin Qələbənin əldə olunmasında həlledici rolu danılmazdır və bu onun böyük şəxsi töhfəsidir.
Bunu Trend-ə rusiyalı politoloq, dövlət müşaviri, siyasət elmləri doktoru Tatyana Poloskova deyib.
Onun sözlərinə görə, Prezident İham Əliyev olmadan Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılması mümkün olmazdı:
"İlham Əliyev öz adını təkcə Azərbaycan xalqının tarixinə yazmadı. Rusiyada siyasətçilər, ekspertlər və adi insanlar Azərbaycan Prezidentini qətiyyətli, praqmatik, çox ağıllı siyasətçi və uğurlu sərkərdə kimi tanıyırlar. Regionun mühüm ölkəsi olan Azərbaycanın lideri olmaqla bərabər həm də bir sıra regionlararası proseslərə rəhbərlik etmək üçün Prezident İlham Əliyevin qarşısında bütün yollar açıqdır."
T.Poloskova bildirib ki, adətən, ölkə adından mükafatları Prezident təqdim edir, amma indiki halda Azərbaycan xalqı dövlət başçısını bir qalib lider olaraq mükafatlandıra bilər.
Azərbaycanın iqtisadi inkişafı barədə danışan politoloq vurğulayıb ki, indi ölkə iqtisadiyyatına investisiyalar qoymaq və Azərbaycanla ciddi iqtisadi layihələr reallaşdırmaq istəyənlərin sayı daha çox olacaq:
"Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığın yeni mərhələsi üçün imkanlar var. Rusiya fövqəladə hallar nazirinin Azərbaycana səfəri iki ölkənin birgə layihələrinin, o cümlədən Qarabağın bərpası üzrə layihələrin təşviq olunmasında rol oynayacaq".
Multikulturalizm siyasətinə toxunan T.Poloskova əlavə edib ki, Azərbaycan post-sovet məkanında 90-cı illərdən sonra multikultural yanaşmanın bütün aspektlərinin qorunub saxlandığı nadir ölkələrdəndir:
"Qarabağın azad edilməsi uğrunda müharibə başlayanda təkcə azərbaycanlılar yox, həm də digər xalqların nümayəndələri çiyin-çiyinə döyüşdü. Azərbaycan böyük inkişaf perspektivi olan ölkədir, çünki multikultural ölkədir".
banner

Oxşar Xəbərlər