• çərşənbə axşamı, 23 aprel, 22:44
  • Baku Bakı 20°C

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfərə gedib - Fotolar

09.09.17 14:15 2308
Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfərə gedib - Fotolar
Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başlayıb.APA-nın "Kazinform”a istinadən verdiyi məlumata görə, Azərbaycan dövlət başçısını Astanadahavalimanında Qazaxıstan baş nazirinin müavinin Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşılayıb.

Xatırladaq ki, sentyabrın 10-11-də Astanda Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İslam Əməkdaşlıq Təşkilatının (İƏT)elm və texnologiyalar üzrə sammiti keçiriləcək. Sammitdə İƏT-ə üzv olan, müşahidəçi statusuna malik ölkələr və beynəlxalq təşkilatlardan 80 nümayəndə heyəti iştirak edəcək.

Həmçinin sabah Astanada EKSPO-2017 beynəlxalq sərgisinin rəsmi bağlanış mərasimi olacaq.



banner

Oxşar Xəbərlər