• cümə, 19 Aprel, 02:32
  • Baku Bakı 18°C

Azərbaycan prezidenti İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşüb

16.03.17 16:38 986
Azərbaycan prezidenti İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşüb
Azərbaycan prezidentiİlham Əliyevmartın 16-da Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.
APA-nın xəbərinə görə, Giorgi Marqvelaşvilinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən prezidentİlham Əliyevbu səfərin əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirib.
Ənənəvi olaraq, hər il Qlobal Bakı Forumunda iştirak etdiyini vurğulayan Gürcüstan prezidenti Forumun mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Gürcüstan prezidenti qeyd edib ki, bu tədbirlə bağlı Azərbaycana səfəri dövlətimizin başçısı ilə görüşmək imkanı yaradır və eyni zamanda, öz həmkarları ilə müzakirələr aparmaq baxımından da önəmlidir. Giorgi Marqvelaşvili ölkələrimiz arasında strateji münasibətlərin dərinləşdiyini bildirərək bu münasibətlərin ən yüksək səviyyədə olduğunu deyib.
Prezidentİlham Əliyevölkələrimiz arasında yaxın qarşılıqlı fəaliyyətin mövcud olduğunu vurğulayaraq, münasibətlərimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və əlaqələrimizin bölgədə və ümumiyyətlə, beynəlxalq səviyyədə mühüm rol oynadığını deyib. Dövlətimizin başçısı münasibətlərimizin bundan sonra da möhkəmləndirilməsi üçün səyləri əsirgəməməyin vacibliyini vurğulayıb. Prezidentİlham Əliyevölkələrimizin həyata keçirdiyi qlobal layihələrin digər sahələrdə də əməkdaşlığın gücləndirilməsi işinə xidmət etdiyini bildirib.
banner

Oxşar Xəbərlər