• cümə axşamı, 28 mart, 16:01
  • Baku Bakı 16°C

Azərbaycan prezidenti Həsən Ruhani və Əli Xameneyiyə başsağlığı verib

09.01.17 17:05 1020
Azərbaycan prezidenti Həsən Ruhani və Əli Xameneyiyə başsağlığı verib
Azərbaycan prezidentiİlham Əliyeviranlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, İran İslam Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. İran İslam İnqilabının qələbə çalmasında fəal iştirak etmiş Əli Əkbər Rəfsəncani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfə verib. Onun əziz xatirəsi daim yaşayacaq. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

Dövlət başçısı həmçinin İran İslam Respublikasının Ali rəhbəriAyətullahSeyid Əli Xameneyiyə başsağlığı verib: "Möhtərəm Ayətullah Xameneyi həzrətləri, İran İslam Respublikasının keçmiş prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bütün fəaliyyəti və həyat yolu ilə dövlətinə və xalqına sədaqət nümunəsi göstərmiş AyətullahƏli Əkbər Haşimi Rəfsəncanimüdrik və uzaqgörən siyasətçi kimi tanınıb. AyətullahƏli Əkbər Haşimi Rəfsəncaniİran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin təşəkkülünə və genişlənməsinə böyük töhfə verib.Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.
banner

Oxşar Xəbərlər