• çərşənbə axşamı, 16 aprel, 20:39
  • Baku Bakı 18°C

Azərbaycan prezidenti gürcüstanlı həmkarına məktub göndərib

25.05.17 18:23 1669
Azərbaycan prezidenti gürcüstanlı həmkarına məktub göndərib
Azərbaycan prezidentiİlham Əliyevgürcüstanlı həmkarı Giorgi Marqvelaşvilini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış möhkəm dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bu xoş ənənələrə sadiq qalan xalqlarımızın iradəsindən qaynaqlanır.İnanıram ki, strateji tərəfdaş olan ölkələrimizin birgə reallaşdırdığı irimiqyaslı layihələr, daim genişlənən əməkdaşlığımız bundan sonra da Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına, xalqlarımızın rifahına xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
banner

Oxşar Xəbərlər