• cümə, 29 Mart, 17:40
  • Baku Bakı 14°C

Azərbaycan Prezidenti Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub

16.03.21 12:13 354
Azərbaycan Prezidenti Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub
Prezident İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub.
APA-nın məlumatına görə, yolun təməlinin qoyulması martın 15-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına səfər zamanı baş tutub.
Bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yolboyunca avtomobil körpüləri inşa ediləcək.

banner

Oxşar Xəbərlər