• çərşənbə axşamı, 19 mart, 11:46
  • Baku Bakı 8°C

Azərbaycan prezidenti: “Bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir”

23.05.17 15:10 1281
Azərbaycan prezidenti: “Bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir”
"IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri möhtəşəmliyi ilə fərqləndi. Bu, ölkəmizin imkanlarını və istedadını bütün dünyaya nümayiş etdirdi”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentiİlham Əliyev"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.
Dövlət başçısı deyib ki, açılış mərasimində Azərbaycan xalqı öz milli, mənəvi dəyərlərinə sadiq qaldığını və bu dəyərləri qoruduğunu, islamın sülh, mədəniyyət dini olduğunu göstərib, Azərbaycanın zəngin mədəniyyəti və tarixini bütün dünyaya nümayiş etdirib: "Bağlanış mərasimində isə Azərbaycan dünyaya mütərəqqi və müasir ölkə kimi təqdim olundu. Bu iki amil müasir Azərbaycan dövlətini təcəssüm etdirir. 10 gün ərzində bir daha gördük ki, xalqımız, cəmiyyətimiz birdir. Bizi əqidəmiz, tariximiz, baxışlarımız birləşdirir”.
banner

Oxşar Xəbərlər