• çərşənbə axşamı, 19 mart, 15:31
  • Baku Bakı 8°C

Azərbaycan prezidenti BƏƏ nümayəndə heyətini qəbul edib

22.05.17 19:50 1616
Azərbaycan prezidenti BƏƏ nümayəndə heyətini qəbul edib
Azərbaycan prezidentiİlham ƏliyevBirləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Şeyx Abdullah bin Zayed Al Nahyanla keçirdiyi son görüşü məmnunluqla xatırlayan prezidentİlham Əliyevbildirib ki, ötən müddət ərzində ölkələrimiz dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində böyük inkişafa nail olub.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yüksək səviyyədə və dinamik inkişafda olduğunu deyən dövlət başçısı siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın çox yaxşı istiqamətdə inkişaf etdiyini vurğulayıb. Abu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyanla dünənki görüşünə toxunan prezidentİlham Əliyevbu görüşü ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə olan böyük qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirib və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Al Nahyanın ölkəmizə səfərinin də bu baxımdan əhəmiyyətli addım olduğunu deyib.

İkitərəfli əlaqələrimizin inkişafından qürur duyduğunu deyən qonaq isə bu əlaqələrin genişləndirilməsində prezident İlham Əliyevin liderliyinin əhəmiyyətli rolunu qeyd edib.

Görüşdə son vaxtlar Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının xeyli artdığı vurğulanıb, bunun ölkəmizdə olan əmin-amanlıq və qonaqpərvərliyin göstəricisi olduğu bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, ixrac-idxal, ticarət, turizm, müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər